Nepal hakimiyyəti paytaxt Katmandu yaxınlığındakı rayonlardan birindəki bütün toyuqların məhv edilməsi haqda göstəriş verib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, hakimiyyət bununla quş qripinin yayılmasının qarşısını almağa cəhd göstərir.
Mənbənin məlumatına əsasən, bunun üçün yarım milyon toyuq öldürülməlidir.
Artıq həmin rayonda fövqəladə vəziyyət elan edilib. Bu bölgədən quşların və məhsullarının daşınması, satışı qadağan olunub.
Son üç həftədə həmin rayonda quş qripinə 60 yoluxma halı müşahidə olunub.