Nazir huşunu itirib yıxıldı!
09 may 2013 19:19 (UTC +04:00)

Nazir huşunu itirib yıxıldı!

 

Ankarada rəsmi səfərdə olan Burkina Faso Respublikasının xarici işlər naziri Djibril Yipene türkiyəli həmkarı Əhməd Davudoğlu ilə birgə mətbuat konfransı keçirib. Lent.az-ın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, mətbuat konfransı zamanı Yipene bayılıb. Burkinalı nazir huşunu itirib və türkiyəli həmkarı ona yardım etməyə çalışsa da, o, yerə yıxılıb. Bu hadisə salonda çaxnaşmaya səbəb olub.

 

Burkina Fasonun xarici işlər naziri oradan xəstəxanaya aparılıb və hazırda onun səhhətinin normal olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1388
avatar

Oxşar yazılar