Türkiyənin ətraf mühit və ekologiya naziri Veysel Eroğlu bir açılışda huşunu itirib.
Lent.az-ın Türkiyə KİV-nə verdiyi məlumata görə, Uşakdakı Atatürk İdman Salonundakı açılışda iştirak edən nazir qəfildən bayğınlıq keçirib.
Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb.
Daha sonra nazir özünə gəlib və jurnalistlərə açıqlama verərək, özünü yaxşı hiss etdiyini deyib.