NATO-nun Əfqanıstandakı komandanlığı iki əfqan uşağın qətli ilə bağlı üzr istəyib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, fevralda ölkənin Uruzqan əyalətində vertolyotdan açılan atəş nəticəsində iki oğlan uşağı həlak olmuşdu.
NATO hərbçiləri həmin uşaqları yaraqlılara oxşatdığını etiraf edib.
Beynəlxalq koalisiya qüvvələrinin komandanı Cozef Danford bildirib ki, baş vermiş faciənin tam məsuliyyətini üzərlərinə götürürlər.
Məlumata əsasən, Avstraliyadan olan hərbçilərin öldürdüyü uşaqlar 7 yaşdan da kiçik olub. NATO komandanlığı olayı «faciəli» adlandırıb.
Bu ilin fevralında qurumun avia zərbələri nəticəsində 10 nəfər, o cümlədən 4 qadın və 5 az yaşlı uşaq həlak olmuşdu.