NATO Şurası da Suriyanı müzakirə edəcək
28 avqust 2013 05:16 (UTC +04:00)

NATO Şurası da Suriyanı müzakirə edəcək

Bir müddət öncə NATO rəsmiləri Suriyadakı vəziyyət müdaxilə etməyəcəklərini bildirmişdi. Ancaq ölkədə kimyəvi silahdan istifadə ehtimalı alyansı da məsələni müzakirəyə vadar edib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, avqustun 28-də  üzv 28 dövlətin daimi nümayəndəsi səviyyəsində NATO şurası Suriyadakı şəraiti müzakirə edəcək.

 

Şuranın toplantısının plan çərçivəsində keçirildiyi bildirilib.

 

«Suriyadakı vəziyyətdən müttəfiqlərimiz bir ay deyil, rahatsızdır. Hazırda BMT-nin müfəttişləri oradadır. NATO şurası bu məsələyə diqqət ayırmasa idi, təəccüblü olardı» -deyə, agentliyin müsahibi söyləyib.

 

Onun sözlərinə əsasən, alyansın baş katibi Suriyaya münasibətdə «müttəfiqlərin mövqeyi ilə» həmrəy olduğunu dəfələrlə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 404
avatar

Oxşar yazılar