«İndi körpülərin dağıdılması deyil, bərpası zamanıdır. Tikanlı məftillər çəkməkdənsə, danışıqları bərpa etmək haqda düşünmək lazımdır».
Lent.az-ın «Novosti-Qruziya»-ya istinadən məlumatına görə, bunu NATO-nun nazirlər şurasında baş katibi Andres Foq Rusmussen deyib.
O, Rusiya ilə Gürcüstanın danışıqları bərpa etməsi haqda düşünmələrinin vacibliyini vurğulayıb: «Gürcüstanla Rusiya arasında münasibət dəyişməyib. Mövqeyimiz belədir: biz Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyinə hörmət edilməsini tələb edirik. Tikanlı məftilli, ayrıcı istənilən xəttə qarşıyıq».
Xatırladaq ki, Rusiya Gürcüstanla Cənubi Osetiya arasında 350 km uzunluğunda olan «sərhədə» tikanlı məftil çəkib.