Naməlum şəxslər Oreqon prokurorunun ofisini partlatmaq istəyib
14 noyabr 2013 00:43 (UTC +04:00)

Naməlum şəxslər Oreqon prokurorunun ofisini partlatmaq istəyib

Naməlum şəxslər Oreqon ştatı prokurorunun ofisini partlatmağa cəhd göstərib.

 

Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu hazqa «The Oregonian» xəbər yayıb.

 

Yerli polisin sözlərinə əsasən, əldəqayırma partlayıcı qurğu noyabrı 13-də səhər çağlarında işə düşüb. Ancaq o vaxt ofisdə kimsə olmayıb. Şahidlər bildirib ki, partlayıcı propan çəninə yerləşdirilib  və yanarsa da partlamayıb.

 

Olay baş verən Medrofrd şəhərinin başçısı əmiliklə deyib ki, bu təsadüfi hadisə deyil, «cinayət əməlidir».

 

Mənbə xatırladıb ki, bu ilin mayında Oreqondan olan 17 yaşlı yeniyetmə öz oxuduğu məktəbi partlamağa cəhd etmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450
avatar

Oxşar yazılar