Müşərrəfin həbs müddəti 2 həftə uzadıldı
20 aprel 2013 18:08 (UTC +04:00)

Müşərrəfin həbs müddəti 2 həftə uzadıldı

Bu gün Pakistan məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəfin həbs müddətinin 2 həftə uzadılması barədə qərar verib.

 

Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Pərviz Müşərrəf bu gün səhər saatlarında gücləndirilmiş polis mühafizə dəstəsinin müşayiəti altında məhkəməyə gətirilib.

 

Məhkəmə qərarını açıqladıqdan sonra Pərviz Müşərrəf yenidən İslamabad Polis İdarəsinə aparılıb. Pərviz Müşərrəf üçün Polis İdarəsində ayrıca zabit otağı ayrılıb.

 

Qeyd edək ki,  Pərviz Müşərrəf aprelin 20-də həbs edilib. Məhkəmə Pərviz Müşərrəfi dövlət çevrilişində və prezidentliyi dönəmində Ali Məhkəməni qanunsuz buraxmaqda təqsirli sayaraq həbsi barədə order verib.

 

# 576
avatar

Oxşar yazılar