Misir prezidentinin adminstrasiyası rəsmi bəyanatla çıxış edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, sənəddə baş verənlər «hərbi çevriliş» adlandırılır.
«Bütün azad insanlar, demokratiya uğrunda mübarizə aparanlar, vətəndaş cəmiyyət bütövlükdə və tamamilə baş verənləri qəbul etmirlər.
Prezident və Ali baş komandan doktor Mursi vətəndaşları və hərbçiləri Konstitusiyaya əməl etməyə və çevrilişə reaksiya verməməyə çağırıb» -deyə, bəyanatda vurğulanıb.
Məhəmməd Mursi ölkədə baş verənləri devrilmiş Hüsnü Mübarək rejiminin acı nəticələri kimi dəyərləndirib.