Misir prezidenti Məhəmməd Mursinin ordu tərəfindən devrilməsindən sonra ölkədə gərginlik davam edir.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün cümə məscidi zamanı Qahirənin Nasır City rayonundakı Rabia Əl-Adeviye məscidi önündə 100 mindən çox Məhəmməd Mursi tərəfdarı toplanıb.
Məhəmməd Mursinin tərəfdarları devrilmiş prezidentin ordu tərəfindən həbsdə saxlanıldığı Müdafiə Nazirliyinə yürüş edib. Əsgərlər aksiyaçılara atəş açıb. Yüzlərlə insan yaralanıb, 3 nəfər həyatını itirib. Qahirənin Əl-Heram məhəlləsində də Məhəmməd Mursiyə dəstək xarakterli aksiyaya qatılanlar atəşə tutulub.