Bu gecə Misirdə, Qahirə Universiteti ətrafında prezident Məhəmməd Mursi tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında toqquşma zaman 16 nəfər həyatını itirib.
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, 200 nəfərə qədər insan xəsarət alıb.
Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və odlu silahdan istifadə edib. Qahirə Universiteti ətrafında qarşıdurma Məhəmməd Mursinin televiziya ilə xalqa 45 dəqiqəlik müraciətindən sonra başlayıb. Məhəmməd Mursi çıxışında demokratik yolla prezident seçildiyini xatırladıb, qəti surətdə istefa verməkdən imtina edib. O, ölkədə qayda-qanunu həyatı bahasına da olsa, təmin edəcəyini bildirib.