Mursi tərəfdarları meydanlardan çəkilmir: 1 ölü, 100-dən çox yaralı
16 iyul 2013 11:27 (UTC +04:00)

Mursi tərəfdarları meydanlardan çəkilmir: 1 ölü, 100-dən çox yaralı

 

Misirdə gərginlik davam edir.

 

Lent.az-ın “vesti.ru” saytına istinadən verdiyi məlumata görə, bu gecə devrilmiş prezident Məhəmməd Mursinin  minlərlə tərəfdarı paytaxt Qahirənin yollarını bağlayıb.

 

“6 Oktyabr” yolötürücüsü ətrafında polislə devrilmiş prezidentin tərəfdarları arasında qarşıdurma davam edir. Məhəmməd Mursi tərəfdarları dairəvi avtomobil yolunu da bağlayıblar. Polis və ordu bölmələri “Müsəlman Qardaşları” Hərəkatının rəhbərliyi ilə Təhrir meydanına doğru hərəkət edən kütlənin də qarşısını alıb. Qarşıdurma bir neçə saat davam edib. Aksiyaçılar isə iyulun 16-da Təhrir meydanına daxil olacaqlarını bəyan ediblər.

Təhrir meydanında isə az sayda olsa da, Məhəmməd Mursi və “Müsəlman Qardaşları” Hərəkatının əleyhdarları toplaşıb. Onlar ordunu dəstəkləyir və hakimiyyət dəyişikliyinin misirlilərin böyük əksəriyyətinin istəyi olduğunu iddia edirlər.

Misir Səhiyyə Nazirliyi isə bu gecə Məhəmməd Mursi tərəfdarları ilə polis və ordu bölmələri arasında baş verən qarşıdurmalarda 100 nəfərdən çox insanın xəsarət aldığını, 1 nəfərin həyatını itirdiyini açıqlayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550
avatar

Oxşar yazılar