Sentyabrın 13-də Misirin devrilmiş prezident Məhəmməd Mursinin minlərlə tərəfdarları Qahirədə etiraz nümayişi keçirib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda Livanda çıxan «Deyli star» qəzeti xəbər yayıb.
Qəzetin bildirdiyinə əsasən, etiraz aksiyasının mərkəzi Rabiyə əl-Ədəviyyə meydanı olub.
Qahirə ilə yanaşı, ölkənin İsgəndəriyyə, Tante, Məhəllə şəhərlərində də etiraz nümayişləri keçirilib.