Mursi – ordu qarşıdurması kəskinləşir
03 iyul 2013 03:24 (UTC +04:00)

Mursi – ordu qarşıdurması kəskinləşir

Misirin Silahlı Qüvvələri hakimiyyətin indiki rəhbərlikdən alınıb, yenisinə verilməsi ilə bağlı plan tərtib edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, ordu prezident və islamçı adlananların üstünlük təşkil etdiyi parlamenti buraxmağa, islamçı adlanan qüvvələrini diktəsi altında yazılmış Ana Yasanın fəaliyyətinin dayandırılmasını tələb edib.

 

Bu şərtlər təmin olunacağı halda hakimiyyət keçid şuraya verilir, konstitusiyaya dəyişikliklər hazırlanır və yeni seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul edilir. Bu planda Misir prezidenti Məhəmməd Mursiyə yer verilməyib. Əksinə onun bütün səlahiyyətləri əlindən alınır.

 

Ordu rəhbərliyi bildirib ki, iyulun 3-də keçiriləcək toplantıda siyasi müxalif qüvvələr  ortaq mövqeyə gələ bilməzsə, o, halda hakimiyyəti ələ keçirəcəklər.

 

M.Mursi isə hərbi rəhbərliyin ultimatumu qarşılığında bildirib ki, ölkənin qanuni seçilmiş prezidentidir və hərbçilərin diktəsinə qapılmayacaq.

 

Prezident adminstrasiyasından yayılan rəsmi açıqlama vurğulanıb: «Məhəmməd Mursi Ana yasaya sadiqdir və ondan kənara çıxmayacaq».

 

Xatırladaq ki,etiraz çıxışları ötən gecə də davam edib.Olaylar zamanı 24 nəfər həlak olub, 400-dən çox aksiyaçı yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849
avatar

Oxşar yazılar