Mursi: “...getməyəcəm”
03 iyul 2013 10:08 (UTC +04:00)

Mursi: “...getməyəcəm”

Misir prezidenti Məhəmməd Mursi dövlətin qanuni seçilmiş başçısı olduğunu əsas gətirərək vəzifədən getməkdən imtina edib.


 

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, o, həmçinin, ordunu öz gündəlik vəzifələrini icra etməyə çağırıb.   

 

 “Mənim legitimliyimə və vəzifədə olmağıma zəmanət verən bir sıra qanun var”, deyə o televiziya ilə xalqa müraciətində bəyan edib.

 

“Xahiş edirəm, inanın mənə ki, keçmişin fəsadlarının, korrupsiyasının öhdəsindən gəlmək üçün bizə vaxt gərəkdir. Keçmiş rejimin nəticəsi olan bütün çağırışlara cavab vermək üçün, problemləri həll etmək üçün bizə vaxt verin. Mənim öz vəzifəmin icrasını davam etməkdən başqa heç bir seçimim yoxdur”, deyə Mursi qeyd edib.   

 

“Ordu və polis də daxil olmaqla, ölkənin bütün vətəndaşlarına demək istəyirəm ki, qanunçuluğa heç bir alnernativ yoxdur, mən ölkə tarixində demokratik yolla seçilmiş ilk prezidentəm”, deyə o qeyd edib. .

 

Bu arada komandanlığ ordu birləşmələrini hərəkətə gətirərək ölkənin bütün əyalətləri üzərində nəzarəti gücləndirmək niyyətindədir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705
avatar

Oxşar yazılar