İranda geyimi ilə bağlı xanımı dövlət qurumlarında fəaliyyət göstərməyi yasaqlayıblar.
Lent.az-ın «Qazeta.ru»-ya istinadən məlumatına görə, hakimiyyətiçi mühafizəkar dairələr bildirib ki, şəhər şurasında «manekenə» yer yoxdur. Bu səbəbdən də onun Şura üzvü səlahiyyətlərinin əlindən alınmasını tələb ediblər.
Nina Siahali Muradi Güney Azərbaycanın Qəzvin şəhəri dövlət müşavirliyinə keçirilən seçkidə qalib gəlib. Ancaq yerli din Şura onu istənilən dövlət qurumunda fəaliyyət göstərməsini yasaqlayıb.
27 yaşlı Nina Siahali ali təhsilli mühəndisdir. O, veb-dizayner işləyir. Seçkiqabağı plakatında Nina Muradi qara rəngli hicabda paltar geyinib. Belə ənənəvi geyimdə yalnız qadınların üzləri açıq ola bilər. Həmin ənənəni N.Muradi gözləyib. Bununla belə mühafizəkarlar onun geyimini «mənəviyyatsız» sayıb.