Mübarəki həbsxanadan vertolyotla çıxarıblar
22 avqust 2013 20:26 (UTC +04:00)

Mübarəki həbsxanadan vertolyotla çıxarıblar

Misirin sabiq prezidenti Hüsnü Mübarək Qahirədəki Tora həbsxanasından azadlığa buraxılıb.

 

APA-nın məlumatına görə, həbsxananı vertolyotda tərk edən Mübarək ölkənin cənubundakı hərbi hospitala gətirilib. Sabiq prezident məhkəmənin qərarı ilə azadlığa buraxılıb, onun üzərindən korrupsiya faktları və hakimiyyətdən sui-istifadəyə dair ittihamlar götürülüb. Bununla da Mübarəki həbsxanada saxlamaq üçün hüquqi əsas qalmayıb. Misirin hərbi rəhbərliyi Mübarəkin ev dustağı saxlanmasını məqbul sayıb, bu qərar ölkədə fövqəladə vəziyyət olması ilə əsaslandırılıb. Sabiq prezidentin üzərindən heç də bütün ittihamlar götürülməyib. O 2011-ci ildə nümayişçilərin qətli epizoduna dair cinayət işinin əsas fiqurlarından biri olaraq qalmaqdadır.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640
avatar

Oxşar yazılar