Mübarəkə azadlıq yolu açılır
20 aprel 2013 21:45 (UTC +04:00)

Mübarəkə azadlıq yolu açılır

Bu gün Misir Apelyasiya Məhkəməsi ölkənin sabiq prezidenti Hüsnü Mübarəklə bağlı korrupsiya ittihamlarının birini əsassız sayıb. 

 

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu həftənin bazar ertəsi də Qahirə Cinayət Məhkəməsi 2011-ci il fevralında iğtişaşların zamanı öldürülən aksiyaçılarla bağlı onun azadlıqdan məhrum edilməsi barədə qərarı ləğv edib.

 

Aksiyaçıların ölümü ilə bağlı cinayət işinə yenilən baxılacaq. Bununla bağlı məhkəmə prosesi mayın 11-də başlayacaq. Ancaq bu gün də Misir Apelyasiya Məhkəməsi Hüsnü Mübarəklə bağlı ittihamlardan birini rədd etməsinə baxmayaraq, sabiq prezident hazırda saxlanıldığı Tora həbsxanasından azadlığa buraxılmayıb. Çünki Hüsnü Mübarək daha iki iş üzrə korrupsiyada ittiham edilir.

 

Misir Baş Prokurorluğu isə elə bu gün Apelyasiya Məhkəməsinin qərarından şikayət verib.  Hüsnü Mübarəkin vəkilləri isə sabiq prezidentin azadlığa buraxılması üçün digər iş işlə bağlı da apelyasiya şikayəti verməyə hazırlaşırlar. 

# 1157
avatar

Oxşar yazılar