Mübarək yenə həbsxanaya qaytarılıb
18 aprel 2013 03:51 (UTC +04:00)

Mübarək yenə həbsxanaya qaytarılıb

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin  təkrar məhkəməsi mayın 11-də keçiriləcəyi gözlənilir.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, məhkəmə ötən şənbə günü başlamalı idi,ancaq hakim prosesdən imtina etdiyi üçün məhkəmə təxirə salındı.

Mubarak 10 ay öncə 2011-ci ildə yüzlərlə nümayişçinin qətlində təqsirli bilinərək, ömürlük həbsə məhkum edilmişdi.
 

Amma sonradan məhkəmənin birinci prosesində prosedur  pozuntulara görə, işə yenidən baxılmasını qərara alınıb.

İu ilin mayında Mübarəkin 85 yaşı tamam olur.

O istintaq altında olarkən dəfələrlə səhhəti kəskin pisləşib, hətta  rəsmi medianın  məlumatına görə, o, bir dəfə komaya düşərək, klinik ölüm keçirib. Hazırda keçmiş prezident Qahirədəki hərbi hospitalda müalicə olunur.

 

Səhhəti yaxşılaşdığından Misir prokuroru onun hərbi hospitaldan həbsxanаya köçürülməsi haqda göstəriş verib. 

# 446
avatar

Oxşar yazılar