Sentyabrın 14-də İraqda yenə terror törədilib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, intiharçı tərəfindən gerçəkləşdirilən terakt nəticəsində 26 nəfər həlak olub.
Hadisə yas mərasimində avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi ilə baş verib.
Olay Mosuldan 25 km şərqdə, Bartella yaşayış məntəqəsində olub.