Ötən həftə Moskvanın cənub-şərqində yerləşən Vıxino bazarı aparılan yoxlamanda sonra bağlanıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 2015-ci ildə bu ticarət mərkəzi söküləcək. Onun yerində nəqliyyat-ötürcü qovşağı tikiləcək.
«Bazarın modernləşdirilməsi mümkün deyil. Çünki o, təmizləyici qurğu üzərində tikilib. Bazar 2015-ci ilədək ləğv ediləcək. O yerin icarədarından ərazini boşaldılmasına dair razılıq əldə edilib. Yeni tikintinin müddəti hələ müəyyən edilməyib»-deyə, Moskva ticarət və xidmət departamentindən bildirilib.
Avqustun 3-də çoxsaylı qayda pozuntularına görə Vıxıino bazarı 5 günlüyü bağlanıb.