Moskvanın Qolyanovo rayonunda mühacirlər üçün salınmış müvəqqəti düşərgə ləğv olunub.
Lent.az-ın «RİA Novosti»yə istinadən məlumatına görə, bu barədə Moskva polisinin açıqlamasında bildirilb.
«Xarici vətəndaşların bir qismi deportasiya olunub, qalan 234 nəfər isə Severnıy qəsəbəsində yerləşən xarici vətəndaşların saxlanma mərkəzinə köçürülüb. Bir neçə hərbi çadırdan məhkəməyədək mühacirlərin saxlanılmasından ötrü bu mərkəz quraşdırılıb. Ora 400 nəfərlikdir» - deyə, mənbə söyləyib.
Mənbə qeyd edib ki, mühacirlərin mərkəzə köçürülməsi onların yoxlanılma prosedurunu və deportasiya üçün sənədləşmə işi xeyli sürətləndiriləcək.
Onun sözlərinə əsasən, bundan sonra artıq çadır düşərgəsində mühafizə və təhlükəsizliyin təmini üçün polis əməkdaşlarının cəlb olunmasına ehtiyac olmayacaq.