Moskvada meyvə-tərəvəz bazasından partlayıcılar tapıldı
07 noyabr 2013 15:17 (UTC +04:00)

Moskvada meyvə-tərəvəz bazasından partlayıcılar tapıldı

Rusiyanın paytaxtı Moskvada Varşava şossesi ilə Dairəvi Avtomobil Yolunun kəsişməsində yerləşən meyvə-tərəvəz bazasından reyd zamanı trotil şaşkaları və qumbara tapılıb. Lent.az-ın qonşu ölkənin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, ümumi çəkisi 400 qram olan şaşkalar ağacdan olan yanğın əleyhinə yeşikdə qumun içindən tapılıb.

 

“RQD-47” qumbarası isə kafe yaxınlığındakı qara paketdən aşkarlanıb. Polis heç yerdə işləməyən 3 azərbaycanlını tutduqdan sonra bazanı yoxlamağa qərar verib. Onlar sahibkarı zorla maşına oturdaraq, Kuzmin meşə parkına aparıblar. Orada həmyerlilərimiz iş adamına deyiblər ki, onu öldürmək üçün girov götürüblər və sərbəst buraxılması üçün 3 milyon rubl istəyiblər. Daha sonra biznesmen pulu gətirməsi üçün buraxılıb. Lakin həmin şəxs polisə müraciət edib. Asayiş keşikçiləri isə banditlərin tez-tez bazaya baş çəkən silahdaşlarının olduğunu müəyyənləşdiriblər. 

 

Qeyd edək ki, meyvə-tərəvəz bazalarında kütləvi yoxlamalara Moskvanın Qərbi Birülevo rayonundakı toqquşmalardan sonra başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2261

Oxşar yazılar