Moskva meri seçilmiş Sergey Sobyanin Moskva hökumətini tam tərkibdə istefaya göndərib.
Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, yeni tərkib formalaşana qədər hökumət səlahiyyətlərini yerinə yetirəcək.
Qeyd edək ki, seçkidən sonra prosedura uyğun olaraq mer hökuməti istefaya göndərərək yenidən formalaşdırmalıdır. Sergey Sobyanin formalaşdıracağı yeni hökumətdə nazirlərin əksəriyyətinin öz postlarında qalacaqları, öncədən vəzifələrində qalmaq istəmədiklərini açıqlayan Andrey Şaronov və Sergey Kapkovun isə yeni hökumətdə təmsil olunmayacaqları gözlənilir.