Moskva hava limanında sərnişindən 2,7 milyon dollar oğurlandı
27 noyabr 2013 17:00 (UTC +04:00)

Moskva hava limanında sərnişindən 2,7 milyon dollar oğurlandı

Rusiyanın paytaxtı Moskvadakı “Şeremetyevo” hava limanında növbəti külli miqdarda qarət törədilib. Lent.az-ın “Life News”a istinadən verdiyi məlumata görə, bu dəfə qarətçilərin qurbanı Türkiyənin İstanbul şəhərindən uçan sərnişin olub.

 

Terminalın dayanacağına külli miqdarda pul aparan kişini xüsusi mühafizə şirkətinin əməkdaşları gözləyib. Lakin belə təhlükəsizlik tədbirləri də kömək etməyib. Kamufulyajda olan və maskalı bir neçə şəxs mühafizəçiləri qandallayıblar. Daha sonra onlar çölə çıxan sərnişindən pul çantasını alıblar.

 

Hücum edənlərin 10 nəfər olduğu bildirilir. Banditlər mühafizəçilərə polis əməkdaşı vəsiqəsini təqdim edərək, onların dalınca gəlmələrini tələb ediblər. Ardından onlar  8 mühafizəçini mikroavtobusa oturdaraq, qandalladıqdan sonra pul daşıyanı qarşılamağa yollanıblar. 

 

Təhqiqatçılar cinayətkarların gizləndiyi avtomobilin nömrəsini müəyyənləşdirə biliblər. Şəhərdə əməliyyat planı hazırlanıb. Maşının güman olunan sahibini polis idarəsində tezliklə dindirəcəklər. Faktla bağlı “Oğurluq” maddəsi ilə cinayət işi açılıb.

 

Sərnişinin adı açıqlanmasa da, 2,7 milyon dollar pulunun qarət olunduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1819
avatar

Oxşar yazılar