Moskvatərafı polisin Federal Miqrasiya Xidməti ilə birlikdə qanunsuz mühacirlər «ovu» davam edir. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, Dolqoprud muxtar şəhərciyindən keçirilən reyd zamanı yüzlərlə mühacir müəyyən edib.
600 qanunsuz mühacir Moskva və Moskva ətrafını meyvə-tərəvəzlə təmin etmək üçün ötən əsrin 60-ci illərində tikilmiş 30 hektar sahəsi olan bazada məskunlaşıbmış.
Məlumata əsasən, onun ərazisində bütün sosial infrastruktur mövcuddur – kafe, bank, dua ediləcək yer, poliklinika və çeşidli istehsal sexləri fəaliyyət göstərir.