Moskva Dövlət Universitetində yanğın
30 aprel 2013 11:04 (UTC +04:00)

Moskva Dövlət Universitetində yanğın

Bu gün səhər saat 6:56 -da Moskva Dövlət Universitetinin binasında yanğın olub.

 

Lent. az -ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, yanğın universitetin beşinci korpusunun üçüncü mərtəbəsində, kimya laboratoriyasında başlayıb və 30 kv.m sahə yanıb.

 

Yanğını söndürmək üçün 20 yanğınsöndürən maşın, 60 yanğınsöndürən cəlb olunub. Yanğını saat 8:05 -də söndürmək mümkün olub. Xəsarət alan yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 919

Oxşar yazılar