Rusiya polisinin iyulun 29-da Moskva bazarlarında başladığı profilaktik əməliyyatlar bu gün də davam edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, iyulun 30-da keçirilən əməliyyat zamanı 560 nəfər saxlanılıb.
Moskva polis idarəsi bildirib: «Ərazi polis bölməsinin apardığı əməliyyat nəticəsində Orta Asiya respublikalarından olan 530-dan çox qanunsuz mühacir və Şimali Qafqazdan olan 30 nəfər saxlanılıb. Onların şəxsiyyəti müəyyənləşdirilir, eləcə də istənilən cinayət əməlində iştirakı, Rusiya ərazisində yaşamasının qanuniliyi yoxlanılır».
Məlumata əsasən, polis uyğun icazəsi olmayan çadır ticarət obyektlərini bağlayıb.