«Qazprom»la Ermənistan arasında təbii qaz tədarükü ilə bağlı yeni müqavilə imzalanacaq.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda «ArmRosQazprom» xəbər yayıb.
Məlumatda bildirilib: «Ermənistana tədarük edilən təbii qazla bağlı yeni qiymətlər Rusiyanın daxili bazarına uyğun olacaq».
Müqaviləyə əsasən, Rusiya 2014-2018-ci illərdə Ermənistana təbii qazı ötürəcək: «Müqaviləyə uyğun olaraq, «Qazprom» ildə 2,5 milyard kub metr qaz tədarük edəcək».
Xatırladaq ki, Rusiya təbii qazın min kub metrini Ermənistana 189 dollara satacaq. Bu haqda Rusiya prezidenti Vladimir Putin Ermənistanda deyib : «Avropada «mavi yanacaq təxminən 500 dollaradır».