Moldova parlamenti Aureliya Qriqoriunu geri çağırmaq istəyir
11 iyul 2013 18:20 (UTC +04:00)

Moldova parlamenti Aureliya Qriqoriunu geri çağırmaq istəyir

Moldova parlamentinin İnsan hüquqları və millətlərarası münasibətlər komissiyası parlament vəkili (ombudsman) Aureliya Qriqoriu ilə bağlı iclas keçirib. APA-nın xəbərinə görə, A. Qriqoriu iclasa qatılmayıb. Parlament vəkili, İnsan Haqları Mərkəzinin direktoru Anatoli Muntyanu A. Qriqoriunun səhhətindəki problemlə əlaqədar toplantıda iştirak etmədiyini deyib: “Biz bu barədə əsaslı izahat almamışıq. Mən onun yığıncağa gəlməməsini şəxsi münasibət kimi qiymətləndirirəm”.

 

Komissiya A. Qriqoriunun parlament vəkili vəzifəsindən geri çağırılmasını müzakirə etsə də, bu haqda hər hansı qərar qəbul etməyib. Komissiya üzvləri iyulun 12-də parlamentin bahar-yay sessiyasının son iclasının keçiriləcəyini xatırladaraq parlamentin bu məsələyə baxmağa vaxt tapacağına şübhə etdiklərini söyləyiblər. Deputatlar A. Qriqoriunun mandatının bu ilin payızında başa çatacağını vurğulayıblar. 


Xatırladaq ki, Ermənistan parlamentində keçirilən beynəlxalq konfransda Aureliya Qriqoriu Ermənistanın Azərbaycana qarşı təcavüzünün 25 ildən çoxdur davam etdiyini və Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etdiyini bəyan edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1002
avatar

Oxşar yazılar