MKİ-nin hazırladığı döyüşçülər Suriyaya keçir
03 sentyabr 2013 22:10 (UTC +04:00)

MKİ-nin hazırladığı döyüşçülər Suriyaya keçir

ABŞ prezidenti Barak Obama bildirib ki, Suriyadakı rejimə bağlı qüvvələrə qarşı mübarizə aparmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təlimatçıları tərəfindən təlim görmüş ilk döyüşçü takımı bu ölkəyə göndərilib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda «Nyu-York tayms» xəbər dərc edib.

 

Mənbənin bildirdiyinə əsasən, bu məlumatı Barak Obamanın konqres təmsilçiləri ilə görüşündə söylənilib.

 

ABŞ prezidenti qeyd edib ki, MKİ əməkdaşları 50 döyüşçüdən ibarət takım hazırlayıb. Onlar İordaniyada hazırlıq görüb və artıq kiçik qruplarla İordaniya –Suriya sərhədlərini keçməyə başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 858

Oxşar yazılar