MKİ-nin 60 ildən sonrakı devriliş etirafı
20 avqust 2013 00:56 (UTC +04:00)

MKİ-nin 60 ildən sonrakı devriliş etirafı

Avqustun 19-da İranda baş vermiş bir dövlət çevrilişindən 60 il ötdü.

 

Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, 60 il öncə İranda baş nazir Məhəmməd Müsəddiqin devrilməsinin məsuliyyətini ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəsmən boynuna alıb.

 

Bununla bağlı yayılmış tarixi sənədlərdə bildirilib : «Müsəddiq və onun başçılıq etdiyi Milli Cəbhə Partiyası hökumətinin devrilməsi ABŞ-ın xarici siyasəti çərçivəsində MKİ-nin əmri ilə həyata keçirilib».

 

Bununla ABŞ «İranı sovet təhlükəsindən qoruyub». Həmin əməliyyat «TRAJAX» adlanıb.

 

Həmin əməliyyata bu amillər də daxil olub: Müsəddiqi Məhəmmədrza şahla iş birliyinə vadar etmək, millət vəkillərinə rüşvət vermək, təhlükəsizlik qüvvələrini devrilişə təşkil etmək və çeşidli etiraz aksiyaları hazırlamaq.

 

Sui-qəsdçilərini birinci cəhdi uğursuz olub. 1953-cü il avqustun 19-da isə keçirdikləri əməliyyatla istədiklərinə nail ola biliblər.

 

Əvvəllər ABŞ prezidentləri Bill Klinton və Barak Obama bu devrilişi etiraf etsə də, MKİ ona rəsmi münasibət bildirməmişdi.  Qurum ilk dəfədir bunu etiraf edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709
avatar

Oxşar yazılar