Mixail Saakaşvili: “Gürcüstan beynəlxalq təcridə doğru yuvarlanır”
26 iyun 2013 05:14 (UTC +04:00)

Mixail Saakaşvili: “Gürcüstan beynəlxalq təcridə doğru yuvarlanır”

Avropa Birliyinə (AB) üzv olan dövlətlərin XİN rəhbərləri tərəfindən Gürcüstana ciddi xəbərdarlıq edilib. APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə iyunun 25-də Gürcüstan prezidenti Mixail Saakaşvili Ukrayna baş nazirinin müavini Aleksandr Vilkulla  görüşündə Lüksemburqda keçirilmiş AB XİN rəhbərləri Şurasının toplantısında Gürcüstana dair səsləndirilmiş tənqidi bəyanatları şərh edərkən bildirib.

 

“Nazirlər bəyan edib ki, Gürcüstanda ciddi problemlər var. Gürcüstan “Şərq tərəfdaşlığı” ölkələri arasında problemli dövlət kimi xüsusi qeyd edilib. Hesab edirəm ki, bu vəziyyətdən çıxmaq üçün hələ kifayət qədər vaxtımız var. Biz bunun üzərində çalışmalıyıq. Hesab edirəm ki, bu çox pis və təhlükəli xəbərdarlıqdır. Bu adi bir parlament orqanı deyil. Bu mühüm orqandır, orada AB XİN rəhbərləri qərarlar qəbul edir. Biz bu qərarı dəyişə bilmərik və Gürcüstan xeyli geriyə addımlamış olacaq.  Özümüzü aldatmayaq - bizdə heç də hər şey yaxşı deyil. Gürcüstan Avropadan beynəlxalq təcridə doğru yuvarlanır və biz, kimin hansı platformada dayanmasından asılı olmayaraq, birlikdə çalışmalıyıq ki, bu baş verməsin”- deyə, prezident bəyan edib.   

 

Qeyd edək ki, AB XİN rəhbərlərinin Lüksemburqdakı görüşündə “Şərq tərəfdaşlığı” ölkələrində demokratiyanın durumu nəzərdən keçirilib. Çexiya və Polşanın XİN rəhbərləri Gürcüstanda müxalifətin hüquqi təqibi səbəbindən yaranmış vəziyyətlə bağlı narahatlıq ifadə ediblər.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 565
avatar

Oxşar yazılar