Misirli teleaparıcı ateizmdə də ittiham olunur
11 aprel 2013 04:22 (UTC +04:00)

Misirli teleaparıcı ateizmdə də ittiham olunur

Misir prokurorluğu tanımış satirik, teleaparıcı Basim Yusif barəsində üç şikayəti araşdırmağa başlayıb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu dəfə o, «prokurorluğa istehzada, Pakistanla münasibətlərə zərər vurmaqda və ateizm təbliğdə» ittiham olunur.

 

O, verilişlərindən birində müsəlman adətlərinə ironik yanaşdığı üçün «ateizmdə ittiham olunur».

 

Bununla belə hakimiyyətə qarşı olanlar onun ittiham olunması daha çox Misir prezidenti Məhəmməd Mursini yamsılaması ilə əlaqələndirirlər.

 

Xatırladaq ki, bu ilin martında prokurorluq «islamı və prezident Mursini təhqir etməkdə» şübhəli bilinərək, prokurorluq həbs etmişdi. Ancaq 5 saatlıq dindirmədən sonra sərbəst buraxılmışdı. Evə qayıdandan sonra o, baş verənləri sosial şəbəkədə paylaşmışdı. «Görünür, elə buna görə məni həbs etmək istəyiblər» - deyə, o, yazıb.

 

Qeyd edək ki, tamaşaçılar bir sıra epizodlarda yumoristin Mursini «super Mursi» kimi firon obrazında yamsılamasından şikayət edib»

 

Hüquq müdafiəçiləri və müxalifət yeni Ana Yasanın qəbulundan sonra ölkədə söz azadlığına zərbə dəyəcəyindən ehtiyatlanırlar.

 

2011-ci ilin yanvarında Hüsnü Mübarəkin devrilməsi nəticələnən hərəkatın başlıca tələblərindən söz azadlığı olub.

# 391
avatar

Oxşar yazılar