Misirin yeni keçid hökumətinə «müsəlman qardaşları» da daxil ola bilər
10 iyul 2013 02:31 (UTC +04:00)

Misirin yeni keçid hökumətinə «müsəlman qardaşları» da daxil ola bilər

Misirin yeni təyin olunmuş müvəqqəti baş naziri Xazem əl-Bablavi bildirib ki, yeni hökumətə «Müsəlman qardaşları» hərəkatının təmsilçiləri də daxil ola bilər.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, deyib ki, yeni kabinetin formalaşdırılmasında ilk növbədə onların təcrübəsi nəzərə alınacaq.

 

«He bir istisna halları olmayacaq. Öz dövlətinə xidmət etmək hər kəsin haqqı və vəzifəsidir. Biz yeni hökumətdə «Müsəlman qardaşları»nı da görə bilərik»-deyə, əl-Babləvi söyləyib.

 

O, qeyd edib ki, bu hərəkatın potensial namizədi Misirin yeni gerçəkliklərini qəbul etməli və onlara uyğunlaşmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 479
avatar

Oxşar yazılar