Misirin müvəqqəti prezidenti Ədl Mansur parlamentin Yuxarı Palatasını, Məsləhət Şurasının buraxılması barədə fərman imzalayıb.
Lent.az-ın xarici informasiya mənbələrinə istinadən məlumatına görə, Məsləhət şurası müvəqqəti olaraq bütün qanunverici funksiyaları yerinə yetirirdi.
İyunun əvvəlində Misirin Ali konstitusiya məhkəməsi Məsləhət şurasına seçkilər barədə qanunun yeni Konstitusiyaya uyğun olmadığını bildirmişdi.