Misirin keçmiş DİN başçısına 27,5 milyonluq korrupsiya ittihamı
02 aprel 2013 05:53 (UTC +04:00)

Misirin keçmiş DİN başçısına 27,5 milyonluq korrupsiya ittihamı

0

Misirin korrupsiyaya qarşı mübarizə komitəsi keçmiş daxili işlər naziri Həbib əl-Ədl barəsində cinayət işinin açılması haqda sənədləri məhkəməyə göndərib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, qanunsuz sövdələşmələrdə 27,5 milyon dollarlıq dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

 

Misir hakimiyyəti bildirib ki, keçmiş nazirin mənimsədiyi bu məbləğ bank aktivi və daşınmaz əmlak şəklindədir.  O, Qahirədə , «yaşıl zonada» qanunsuz olaraq,  bir neçə mənzilə, eləcə də Aralıq dənizi sahillərində villalara yiyələnib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 505

Oxşar yazılar