Misirin ədliyyə naziri: «Hökumət istefa verməyib»
02 iyul 2013 23:11 (UTC +04:00)

Misirin ədliyyə naziri: «Hökumət istefa verməyib»

Misirin ədliyyə naziri Əhməd Süleyman  «əl-Ərəbiyyə» telekanalına müsahibəsində hərbçilərin ultimatumu qarşılığında hökumətin istefası haqda yayılan xəbərləri təkzib edib.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, o, deyib: «Hökumət istefa verməyi, bu haqda yayılan  xəbərlərin heç biri gerçəkliyi əks etdirmir».

 

Xatırladaq ki, iyulun birində «Müsəlman qardaşları» hərəkatından olmayan 4 nazir istefa verib. Bundan başqa prezident Məhəmməd Mursiinin hərbi müşaviri, Misir baş qərargahının keçmiş rəisi Hafiz Sami Anan istefa verdiyini bildirib.

 

İyulun 2-də gecə ölkənin xarici işlər naziri Məhəmməd Kamal Əmr istefa verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473
avatar

Oxşar yazılar