Məhəmməd Mursi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra Misirin çeşidli bölgələrində onun tərəfdarları ilə əleyhdarları, eləcə də polislə «müsəlman qardaşları» hərəkatının üzvləri arasındakı toqquşmada həlak olanların sayı 14 -ə çatıb,çoxlu sayda yaralı var.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Misirin Səhiyyə Nazirliyindən bildirilib ki, bu rəqəmin artacağı istisna edilmir.
Ölkənin İsgəndəriyyə, Marsa Matruha və əl-Minə şəhərlərində «mursiçilər»lə güc qurumlarının əməkdaşları arasında qarşıdurma qeydə alınıb.
***
03.18
Misirin Mersa-Mətruh şəhərində 4 nəfər öldürülüb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, onun Məhəmməd Mursi tərəfdarı olduğu ehtimal olunur.
Lent.az-ın “RİA Novosti”yə istinadən məlumatınaə görə, Mursi tərəfdarları, onun əleyhdarları və polis əməkdaşları arasında başlayan toqquşmalarda artıq 5 nəfər ölüb.
Mənbənin bildirdiyinə əsasən, Mursinin tərəfdarları ilə hərbi qüvvə arasında da qarşıdurmanın olması bardə məlumatlar yayılıb.
Port-Səid şəhərində ordu yerli hakimiyyətin binasını nəzarət götürüb.
İsgəndəriyyədən verilən məlumatda isə bildirilib ki, Mursinin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma baş verib. Şahidlər «Müsəlman qardaşları»-nın zirehli gödəkçə geydiklərini söyləyiblər.
Asuanda isə atışma səslərinin eşidildiyinə dair məlumat yayılıb. Polis toqquşmanın qarşısını almağa çalışır. Qarətçilər zinyət dükanlarından qiymətli daş-qaşları oğurlayıb.