Misirin baş prokuroru istefa verdi
09 iyul 2013 18:56 (UTC +04:00)

Misirin baş prokuroru istefa verdi

Misirin baş prokuroru Əbdülməcid Mahmud vəzifəsindən istefa verib.

 

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Əbdülməcid Mahmudun istefası Misir Ali Məhkəmə Şurası tərəfindən qəbul edilib.

 

Əbdülməcid Mahmudun vəzifəsini müvəqqəti olaraq müavini yerinə yetirəcək. İyulun 4-də vəzifəsindən ayrılacağını açıqlayan Əbdülməcid Mahmud deyib ki, gələcəkdə çətin durumda qala biləcəyi ehtimalına görə vəzifəsindən ayrılmaq qərarı verib.

 

Qeyd edək ki, Əbdülməcid Mahmud prezident Məhəmməd Mursi tərəfindən vəzifəsindən azad edilsə də, ordunun prezidenti devirməsindən sonra təkrar bu vəzifəyə təyin edilib. Əbdülməcid Mahmud vəzifəyə təyin edildiyi gün baş nazir Hişam Kandil haqqında 1 il həbs cəzası verib və elə həmin gün də istefa verəcəyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469
avatar

Oxşar yazılar