Misirdəki səfirliyimiz Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi
05 iyul 2013 18:03 (UTC +04:00)

Misirdəki səfirliyimiz Azərbaycan vətəndaşlarına xəbərdarlıq etdi

0

“Bildiyiniz kimi, Qahirədə bir neçə etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Bunu nəzərə alaraq biz yenə də vətəndaşlarımıza tövsiyə edirik ki, kütləvi aksiyalar keçirilən yerlərdən maksimum dərəcədə uzaq dursunlar”.


 

Bunu APA-ya açıqlamasında Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Hikmət Hacıyev bildirib.

 

Onun sözlərinə görə, səfirlik adi iş rejimində fəaliyyətini davam etdirir: “Səfirlikdə qaynar xətlər açıqdır. Vətəndaşların hər hansı narahatlıqları, problemləri, sorğuları varsa, səfirlik bunları dərhal cavablandırmağa hazırdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 532

Oxşar yazılar