Misirdəki çevriliş Qətərə 8 milyardlıq ziyan vurub
05 iyul 2013 07:02 (UTC +04:00)

Misirdəki çevriliş Qətərə 8 milyardlıq ziyan vurub

90 milyonluq əhalisi ilə ərəb dünyasının ən önəmli ölkəsi olan Misirdəki son olaylar Orta Doğu və Afrikanın Şimalına təsirsiz ötüşmür.

 

Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, Misirdəki yeni idarəçiləri ilk təbrik edən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyidir. Səudiyyə Kralı onlara uğurlar arzulayıb.

 

Birləşmiş Ərəb Əmirliyindən verilən açıqlamada Misir ordusu «ölkədəki qurumları və hüququ təminatçısı» kimi dəyərləndirilib.

 

Qatar dan başqa körfəzdəki bütün dövlətlər Misirdəki dəyişikliyi alqışlayıb.

 

Tunisdə də gənclərə bənzər qüvvələrin hakimiyyət dəyişmək üçün hazırlıq işi görüldüyünü də vurğulayıb.

 

Misir Ərəb Respublikasındakı olaylardan ən çox ziyan Qatar dəyib. Bu ölkənin rəhbərliyi Mursi hakimiyyətinə 8 milyard dollar  maliyyə dəstəyi verib.

 

# 991
avatar

Oxşar yazılar