İyulun 26-da Misirin çeşidli şəhərlərində devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları etiraz aksiyası keçirib.
Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, Mursi tərəfdarları ilə əleyhdarları arasında baş vermiş toqquşma nəticəsində 40-a yaxın insan yaralanıb.
Misir Daxili İşlə Nazirliyinin təmsilçisi Xalid əl-Xatib bildirib ki, 10 nəfər Qahirənin əl-Şübrə rayonunda, 8 nəfər paytaxtdan 200 km şimalda yerləşən Dumyat şəhərində yaralanıb
Misirin başqa bölgələrində, özəlliklə İsgəndəriyyədə qarşıdurmalar baş verib. Bu şəhərdə isə azı 15 nəfərin yaralandığı bildirilib.