Misirdə qətliam: 130 ölü, 4500 yaralı
27 iyul 2013 14:20 (UTC +04:00)

Misirdə qətliam: 130 ölü, 4500 yaralı

 

Misir iyulun 3-də ordunun prezident Məhəmməd Mursini devirməsindən sonra ən qanlı günlərindən birini yaşayır.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, ordunun Qahirədə Ədəviyyə meydanında toplaşan Məhəmməd Mursi tərəfdarlarına atəş açması nəticəsində həyatını itirənlərin sayı 120 nəfərə, yaralıların sayı 4 min 500 nəfərə çatıb.

 

Yaralılar Ədəviyyə məscidində yaradılan ilkin tibbi yardım mərkəzinə gətirilib. Ölü sayının artacağı istisna edilmir. Ordu bölmələri ilə aksiyaçılar arasında toqquşmalar isə meydanın girişlərindəki barrikadalarda davam edir. İsgəndəriyyə şəhərində də ordu və polislə toqquşmalar zamanı 10 aksiyaçı ölüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933
avatar

Oxşar yazılar