Misirdə bir gündə həlak olanların sayı 278-ə çatıb - YENİLƏNİB-2
15 avqust 2013 02:06 (UTC +04:00)

Misirdə bir gündə həlak olanların sayı 278-ə çatıb - YENİLƏNİB-2

 

Misirdə bir gündə həlak olanların sayı 278-ə çatıb
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, avqustun 14-də Misirdə etirazçılarla müvəqqəti hakimiyyətin güc qurumları arasında yaranmış qarşıdurma nəticəsində 278 nəfər həlak olub.

***

13.10

Misir hüquq-mühafizə orqanlarının bu gün səhər paytaxt Qahirənin Rabiatul Adeviyyə və Nahda meydanlarında etiraz aksiyaları keçirən devrilmiş prezident Məhəmməd Mursi tərəfdarlarını dağıtması zamanı 100-dən çox adam ölüb.


 

APA-nın “Reuters” və “France Presse” agentliklərinə istinadən verdiyi məlumata görə, “Müsəlman qardaşları” hərəkatı 2 mindən çox adamın yaralandığını açıqlayıb. Polis Nahda meydanının tam nəzarətə götürüldüyünü bildirib. Əməliyyatda zirehli texnika, odlu silahlar və traktorlardan istifadə edilib. Meydandan canlı yayım verilməsinin qarşısı alınıb, telefonların dalğaları pozulub.

 

“Müsəlman qardaşları” öz tərəfdarlarını küçələrə çıxmağa çağırıb.

 

Son anda RBC-nın yaydığı məlumata görə, ölənlərin sayı 250-ni keçib.

 

 

****

11/49

Misirin  təhlükəsizlik qüvvələri paytaxt Qahirənin “Rabiatül Adəviyyə” meydanındakı nümayişçilərə divan tutublar. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, nümayişçilərə açılan atəş nəticəsində bu saatlara qədər ölənlərin sayı 50-yə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2300
avatar

Oxşar yazılar