Misirin təhlükəsizlik orqanlarının əməkdaşları ölkənin şimalında Buxeyir əyalətinin Damanhur şəhərində nəzarət-keçid postunda səhvən yerli jurnalisti qətlə yetirib.
Lent.az-ın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, bu barədə «Röyter» agentliyi xəbər yayıb.
«Əl-Əhram» qəzetinin müxbiri Tamər Abdelrauf (Tamer Abdel Raouf) öz avtomobili ilə qəflətən postun qarşısında dönmək istəyib. Buna reaksiya verən hərbçilər atəş açıb. Nəticədə maşının sürücüsü ölüb, avtomobildəki başqa bir jurnalist isə yaralanıb.
Qeyd edək ki, Misirdə elan olunan komendant saatı mətbuat işçilərinə aid deyil.