Misir: 17 milyon insan ayaqda!
01 iyul 2013 14:20 (UTC +04:00)

Misir: 17 milyon insan ayaqda!

Misiri kütləvi aksiyalar bürüyüb.  Lent.az-ın lifenews.ru saytına istinadən verdiyi məlumata görə, iyunun 30-da prezidentin əleyhinə və ona dəstək xarakterli aksiyalara 17 milyona qədər insan qatılıb.

 

Etiraz xarakterli aksiyalarda polislə toqquşmalar nəticəsində 7 nəfər həyatını itirib, 43 nəfəri güllə yarası almaqla, 615 nəfər xəsarət alıb. Aksiyalar bu gün də davam edir. Təkcə Qahirədə Prezident Sarayı qarşısında  və Təhrir meydanında keçirilən aksiyalarda 100 min nəfər iştirak edir. Aksiyaçılar Məhəmməd Mursi istefa verənə qədər aksiyanı davam etdirəcəklərini bəyan edirlər. Misir müxalifətinin nüfuzlu qurumlarından olan Milli Azadlıq Cəbhəsi vətəndaşları dinc aksiya keçirməyə, polislə toqquşmalardan yayınmağa çağırıb.

Artıq Qahirədə aksiyaçılar prezidenti dəstəkləyən Müsəlman Qardaşları Hərəkatının ofislərindən birinə hücum edib. 30 iyun aksiyasını təşkil edən hərəkatlardan biri olan Temerrüd (“Üsyan”) Hərəkatı Məhəmməd Mursiya istefa verməsi üçün sabah saat 17:00-a qədər vaxt verib, əks halda ölkədə mülki itaətsizlik aksiyalarına start veriləcəyini bəyan edib. Müxaliflər Məhəmməd Mursinin istefası ilə bağlı 22 milyon imza yığdıqlarını və artıq onu qanuni prezident saymadıqlarını bildirirlər.

 

Mursini dəstəkləyənlər də küçəyə çıxıb. Müsəlman Qardaşları Hərəkatını təmsil edən Azadlıq və Hürriyət Partiyası Qahirənin Nasır City bölgəsində keçirilən aksiyaya 4 milyon insan qatıldığını bəyan edib.

 

Bu arada Məhəmməd Mursi də danışıb. O, müxalifəti dialoqa çağırıb. Prezidentin sözçüsü Ömer Amir deyib ki, dövlət başçısı aksiyaların kiçik miqyaslı saymır və irəli sürülən qanuni tələblərə hörmətlə yanaşır. Onun sözlərinə görə, Məhəmməd Mursi cəmiyyətin bütün təbəqələrini qane edən qərarların qəbulu üçün milli dialoq tərəfdarıdır: “Prezidentin qarşısında bir sıra şərtlər irəli sürülərək, onun geri çəkilməsi gözlənilir.  Məhəmməd Mursinin dialoq çağırışı şərtlə qəbul edilə bilər.  Prezident Misirdə küçələrə çıxan gənclərin haqlarının tam təmin olunmaması ilə bağlı bir neçə dəfə üzr istəyib. Prezident Sarayı tək siyasilərlə deyil, dialoqla bağlı hər kəs üçün açıqdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2086

Oxşar yazılar

"Uber" pilotsuz  taksilərə keçir

"Uber" pilotsuz taksilərə keçir

18 iyul 2025 , 03:23
Çilidə güclü zəlzələ  baş verdi

Çilidə güclü zəlzələ baş verdi

18 iyul 2025 , 02:14
Şahin Şıxlinski axtarışa verildi

Şahin Şıxlinski axtarışa verildi

17 iyul 2025 , 21:09
Müəllim bu fotolarına görə işdən qovuldu

Müəllim bu fotolarına görə işdən qovuldu

17 iyul 2025 , 18:16
Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu:  bunu necə etdi?

Riyaziyyatdan istifadə edərək 14 dəfə lotereyanı uddu: bunu necə etdi?

17 iyul 2025 , 17:34
İsrail ordusunda  İNTİHARLAR:   2011-ci ildən bəri ən yüksək göstərici 

İsrail ordusunda İNTİHARLAR: 2011-ci ildən bəri ən yüksək göstərici 

17 iyul 2025 , 16:22
575 bal yığan abituriyenti evdən qovdular

575 bal yığan abituriyenti evdən qovdular

17 iyul 2025 , 15:09
NASA “super-Yer” planeti kəşf etdi

NASA “super-Yer” planeti kəşf etdi

17 iyul 2025 , 04:11