Misirdə gərgin cümə
26 iyul 2013 18:16 (UTC +04:00)

Misirdə gərgin cümə

 

Ordu 48 saat vaxt verdi, "Müsəlman Qardaşları" Hərəkatı geri çəkilmir

 

 

Qahirə Məhkəməsinin devrilmiş prezident Məhəmməd Mursini “Həmas” və “Hizbullah” hərəkatlarına casusluqda ittiham edərək 15 sutka həbs cəzası verməsi sərt reaksiya doğurub.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, “Həmas” Hərəkatı bu gün bəyanat yayaraq Qahirə Məhkəməsinin bu qərarının qəbuledilməz olduğunu, Həmas Hərəkatının düşmən hərəkat kimi qələmə verilməsinə zəmin hazırlandığını bəyan edib.

 

 

“Həmas” hesab edir ki, Misirin hazırkı hakimiyyətini daxili milli problemlər narahat etmir, daxili problemlərdə fələstinliləri günahkar göstərməyə çalışır.

 

Bu arada ordu devirdiyi Məhəmməd Mursini müdafiə edən və fasiləsiz aksiyalar keçirən "Müsəlman Qardaşları" Hərəkatına konsensusa gəlmək, yeni hökumət quruculuğunda iştirak etməklə bağlı danışıqlar masasında əyləşməsi üçün 48 saat vaxt verib. Ordunun yaydığı açıqlamada zorakılıq və terrorizmlə savaşmaq üçün gücdən istifadə ediləcəyi də vurğulanıb. Bu, ordunun Qahirədə Adeviyye meydanında və digər şəhərlərdə davamlı aksiyalar keçirən Məhəmməd Mursi tərəfdarlarına qarşı qəti hərəkətə keçəcəyi, atəş açmaqdan çəkinməyəcəyi yönündə mesaj sayılır. Bütün bunlara baxmayaraq, bu gün cümə namazından sonra Misirin müxtəlif şəhərlərində Məhəmməd Mursi tərəfdarları yenə də küçələrə axışıb. "Müsəlman Qardaşları" Hərəkatı da ordunun xəbərdarlığını və Məhəmməd Mursi barədə həbs qərarını keçmiş rejimə qayıdış cəhdi kimi qiymətləndirib. Bəyanatda Məhəmməd Mursiyə qarşı irəli sürülən ittihamın da gülünc və əsassız olduğu qeyd edilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar