Sentyabrın 12-də Misir prezidentinin səlahiyyyətlərini müvəqqəti icra edən Ədli Mənsur avqusta tətbiq edilən fövqəladə vəziyyət (FV) rejimi müddətinin daha iki ay uzadıldığını elan edib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, müvəqqəti hakimiyyət bildirib ki, Fv rejimi çərçivəsində ordu ilə polisə verilmiş xüsusi səlahiyyətlər daxilində onlar ölkədə sabitliyi yaradacaq, eləcə də vətəndaşların hüquqlarını və mülkiyyətini qoruyacaq.
Bundan başqa komendant saatının vaxtı da dəyişməyib. Ölkə vətəndaşları komendant saatı tətbiq edilən şəhərin küçələrinə axşam 21-dək çıxa bilər.