Misirdə 5 gündə 60 nəfər həlak olub
06 iyul 2013 07:04 (UTC +04:00)

Misirdə 5 gündə 60 nəfər həlak olub

İyulun 5-də Misirin İsgəndəriyyə şəhərində baş verən toqquşmada 12 nəfər həlak olub, 500-dən çox insan isə yaralanıb. 

 

 

Lent.az-ın  «BBC»-yə istinadən məlumatına görə, Məhəmmməd Mursi devriləndən bəri isə bu şəhərdə qarşıdurma nəticəsində həlak olanların sayı azı 26 nəfərə çatıb.

 

 

Misirin informasiya vasitələri isə bildirib ki, İsgəndəriyyədə həlak olanların çoxu odlu silahla vurulub.

 

İyunun 30-dan etibarən ölkə üzrə etiraz aksiyaları nəticəsində həlak olanların ümumi sayının 60 nəfərdən çox olduğu haqda xəbərlər yayılıb.

 

Qahirədə  yüz minlərlə insan  devrilmiş prezident Məhəmməd Mursini vəzifəsinə qaytarmaq tələbi ilə aksiya keçirir. Bir çox yerlərdə aksiyalar qanlı toqquşma ilə nəticələnir.

# 451
avatar

Oxşar yazılar